Sayt hələ hazırlıq mərhələsindədir
Cəmiyyətin yaranma ideyası 2024-cü ilin yayında – iyul-avqust ayları arasında formalaşmışdır. Dəqiq tarix qeydə alınmasa da, Cəmiyyətin rəsmi təsis günü 11 sentyabr 2024 olaraq qəbul edilir. Bu gün hər il xüsusi olaraq qeyd edilir və Cəmiyyətin doğum günü hesab olunur.
Cəmiyyətin təşəbbüskarı və ideyanın müəllifi Ömər Məmmədli olmuşdur. Onunla yanaşı, təsisçi komandanı Yusif Verdiyev və Rauf Mirzəzadə təşkil etmişdir. Onların birgə səyləri nəticəsində Cəmiyyət ilk dəfə məktəb daxilində formalaşdırılmış, daha sonra isə çoxməktəbli bir qurum ideyasına çevrilmişdir. İlk rəhbərlik məhz bu təsisçilərin iştirakı ilə qurulmuş və Cəmiyyətin gələcək inkişafı üçün təməl prinsipləri müəyyənləşdirmişdir.
Cəmiyyətin yaranmasının əsas səbəbi Azərbaycan məktəblərində klublar və dərnəklərin kifayət qədər mövcud olmaması və yaxud düzgün şəkildə istifadə edilməməsi olmuşdur. Bu boşluğu doldurmaq üçün yaradılan Cəmiyyət şagirdlərin maraq dairələrinə uyğun fəaliyyətlər, təlimlər, yarışlar və sosial tədbirlər təşkil etməyi qarşısına məqsəd qoymuşdur. Əsas hədəf həm fərdi, həm də kollektiv inkişafı dəstəkləyərək şagirdlərin bilik və bacarıqlarını artırmaq, onları daha fəal və yaradıcı bir gələcəyə hazırlamaq idi.
Cəmiyyətin inkişaf yolunda xüsusi qeyd edilən mühüm tarixlər və həftələr:
11 sentyabr – KDC Günü
Bu tarix Cəmiyyətin rəsmi təsis tarixi olduğu üçün hər il qeyd olunur.
14 mart – KDClilər Günü
İlk tanıtım tədbirinin keçirildiyi gün xatirəsinə bu tarix KDClilər Günü kimi təsdiq edilmişdir.
11 sentyabr – Cəmiyyətin Rəhbərləri Günü
İlk İdarə Heyətinin yaranması məhz bu tarixə təsadüf etdiyindən, Cəmiyyət rəhbərlərinin günü də bu gündə qeyd olunur.
16 sentyabr – Cəmiyyətin Nizamnamə və Qanunları Günü
İlk nizamnamənin təsdiq olunduğu gün olduğu üçün Cəmiyyət tarixində xüsusi əhəmiyyət daşıyır.
8–14 mart – Qürur Həftəsi
Bu həftə Cəmiyyətin ilk tanıtım tədbirinin ildönümü səbəbindən “Qürur Həftəsi” kimi qeyd olunur. Həftə boyunca hər gün tədbirlər keçirilir və həftənin son günü ən böyük tədbir təşkil olunur.