Sayt hələ hazırlıq mərhələsindədir
Xülasә
Bu mәqalә gamifikasiya metodunun motivasiya üzәrindәki tәsirini vә ümumi effektivliyini analiz etmәyi hәdәflәyir. Tәdqiqatın mәqsәdi gamifikasiya elementlәrinin (rәqabәt, mükafatlandırma, sәviyyәlәndirmә vә s.) tәtbiqi ilә istifadәçilәrin (tәlәbә, işçi vә ya digәr qruplar) daxili vә xarici motivasiyasına necә tәsir etdiyini müәyyәnlәşdirmәkdir. Keyfiyyәt vә kәmiyyәt yanaşmalarının birlәşdirildiyi tәdqiqatda müxtәlif respondent qrupları arasında sorğu, müsahibә vә eksperimental tәtbiqlәr hәyata keçirilmişdir. Әldә olunan nәticәlәr göstәrir ki, gamifikasiya vasitәlәri istifadәçilәrin fәaliyyәtә cәlb olunmasını vә performansın yüksәlmәsini tәmin edir. Bununla belә, metodun tәtbiqindә motivasiya növlәrinin fәrqliliklәri vә kontekstual faktorlar mühüm rol oynayır.