Sayt hələ hazırlıq mərhələsindədir
“Dünyada Uşaq Olmaq!” adlı maarifləndirici tədbir Klublar və Dərnəklər Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Uşaq Hüquqları Dərnəyi tərəfindən uğurla təşkil olundu. Tədbirin məqsədi uşaqların hüquqları ilə bağlı maarifləndirmə aparmaq, müxtəlif bölgələrdə yaşayan uşaqların reallıqlarını göstərmək və empati hissini gücləndirmək idi. Şagirdlərin səhnələşdirilmiş çıxışları, təqdimatlar və fərdi monoloqları tədbirə həm informativ, həm də emosional dəyər qatdı. İştirakçılar Afrika, Yaxın Şərq və digər bölgələrdə uşaq olmaq təcrübəsi ilə tanış oldu, hüquq və imkan bərabərsizliyi mövzularını müzakirə etdilər. Bu təşəbbüs göstərdi ki, uşaqlar yalnız dinləyici deyil, həm də danışan və düşündürən tərəfdir. Onların səsi dəyişimin əsas açarıdır. Təşəbbüsü həyata keçirən Uşaq Hüquqları Dərnəyinə, çıxış edən şagirdlərə və müəllimlərə təşəkkür edirik!
Klublar və Dərnəklər Cəmiyyəti ilk tanıtım tədbirini 42 nömrəli tam orta məktəbdə keçirdi. Tədbir məktəbin şagirdləri üçün geniş imkanlar təqdim etdi və onların maraq dairələrinə uyğun dərnəklərlə tanış olmalarına şərait yaratdı. Tədbir çərçivəsində incəsənət, elm, texnologiya, idman və digər sahələrə aid klubların fəaliyyəti barədə ətraflı məlumat verildi. Şagirdlər bu klubların onların bilik və bacarıqlarını inkişaf etdirmək, yeni dostlar qazanmaq və məktəb həyatını daha maraqlı etmək üçün necə faydalı ola biləcəyini öyrəndilər. Bu tədbir şagirdlər arasında sosial əlaqələrin möhkəmlənməsinə, onların öz potensiallarını üzə çıxarmasına və yeni bacarıqlar əldə etməsinə təkan verən önəmli bir addım oldu. Klublar və Dərnəklər Cəmiyyəti olaraq gələcəkdə daha geniş tədbirlər və layihələrlə məktəb həyatını daha maraqlı və faydalı etmək üçün çalışacağıq. Tədbirdən maraqlı anları və gələcək fəaliyyətlərimiz haqqında yenilikləri izləmək üçün bizi sosial media hesablarımızda izləməyi unutmayın!